525.Az

"Qarabağ" - "Anderlext": hakimlər müəyyənləşdi


 

"Qarabağ" - "Anderlext": hakimlər müəyyənləşdi<b style="color:red"></b>

Avropa Liqasının qrup mərhələsinin ikinci turunda keçiriləcək "Qarabağ" - "Anderlext" (Belçika) matçının hakimləri müəyyənləşib.

Qol.Az-ın "footballrefereeing.blogspot.de" saytına istinadən verdiyi məlumata görə, Bakıda baş tutacaq görüşü Avstriyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Oliver Draxta olacaq. Ona həmyerliləri Roland Brandner və Ştefan Kuehr köməklik edəcək. Roland Riedel isə dördüncü referi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Anderlext" oyunu saat 22:00-da başlayacaq.

 





28.09.2015    çap et  çap et