525.Az

Marsda maye halda su tapıldı


 

Marsda maye halda su tapıldı<b style="color:red"></b>

ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NASA) bu gün Mars planetinə dair çox mühüm elmi tapıntının açıqlayacağını bildirmişdi.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, NASA bütün dünyanın maraqla gözlədiyi açıqlamasında Mars səthində su olduğunu və bu suyun zaman-zaman maye halda olduğunu bildirib.

ABŞ-ın paytaxtı Vaşinqtondakı NASA mərkəzində bu gün baş verən tarixi mətbuat konfransında, Marsda periodik olaraq “axan su” olduğuna dair dəlillər olduğu açıqlanıb.

NASA tərəfindən verilən açıqlamada, Mars kəşfi layihəsi çərçivəsində aparılan araşdırmalarda, Qırmızı planetdə maye, axıcı halda duzlu su olduğu bildirilir.

Bu böyük kəşf, Marsda həyatın ən əhəmiyyətli parçalarından biri olduğunu göstərir. Mars səthində suyun donmuş halda olduğu uzun müddətdir bilinən bir gerçəklikdir. Ancaq planetdə maye halda su olub-olmadığı uzun müddətdir açıq qalan bir məsələ idi.  

 





29.09.2015    çap et  çap et