525.Az

Səudiyyə şahzadəsi krala qarşı çıxdı


 

Səudiyyə şahzadəsi krala qarşı çıxdı<b style="color:red"></b>

Səudiyyə Ərəbistanı krallığının banisi və ilk hökmdarı Əbdül Əziz ibn Əbdürrəhman Əl Saudun nəvəsi krallıqda hakimiyyətin dəyişdirilməsi tələbi ilə çıxış edib.

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, adının gizli saxlanılmasını istəyən şahzadə kral Salmanın hakimiyyətdən getməsi üçün 2 açıq məktub yazıb:

“Kral ölkədəki situasiyanı idarə etmək qabiliyyətində deyil. Əslində krallığı onun oğlu Məhəmməd ibn Salman idarə edir. Bununla bağlı mənim 4 ya 5 əmim bir yerə toplaşacaq və məktublarımı müzakirə edəcəklər”.

Şahzadənin sözlərinə görə, kralın dəyişməsində səudilərin “ikinci nəsli” ilə yanaşı, yerli qəbilə və klanların rəhbərləri də tərəfdar çıxır:
 
“Onlar fikirləşir ki, hakimiyyət dəyişməsə, ölkəni fəlakət gözləyir”. 

Böyük Britaniyanın “Guardian” qəzetinin məlumatına görə, Səudiyyə Ərəbistanında hakimiyyət dəyişikliyi barədə müzakirələr Kəbədə kranın aşması nəticəsində 100-dən çox insanın və Mina vadisindəki sıxlıq zamanı 750-dən çox zəvvarın həyatını itirməsindən sonra aktuallaşıb. 

69 yaşlı Salman ibn Əbdül Əziz Əl Saud bu ilin yanvarında kral Abdullanın vəfatından sonra taxta sahib olub. O, buna qədər Ər-Riyadın qubernatoru və müdafiə naziri postlarını tuturdu.

 





29.09.2015    çap et  çap et