525.Az

Britaniyanın baş naziri ilə bağlı sensassiyalı iddia


 

İDDİA DEVİD KAMERON HAQQINDA YAZILAN KİTABDA YER ALIB

Britaniyanın baş naziri ilə bağlı sensassiyalı iddia<b style="color:red"></b>

Böyük Britaniyanın baş naziri Devid Kameron barəsində sensassiyalı iddia irəli sürülüb.

"Publika.az"ın xarici mediaya istinadən verdiyi məlumata görə, gündəmi zəbt edən iddia Lord Mişel Aşkroft və İzabel Oakeşott tərəfindən Devid Kameron haqqında yazılan kitabda yer alıb.

Yazarlar iddia edir ki, Britaniyanın baş naziri tələbə olarkən təhsil aldığı Oksford Universitetindəki əyləncə klubuna qəbul olmaq üçün donuzla cinsi əlaqədə olub.

 "The Daily Mail" qəzetinin xəbərinə görə, Kamerona yaxın mənbələr onun əleyhinə olan sensasiyalı iddiaları qəbul etmədiyini bildiriblər. İddiaya görə, kitabın müəlliflərindən olan Lord Mişel Aşkroft əhəmiyyətli bir vəzifəyə gəlməsinə maneə olduğu üçün dörd ildir ki, Devid Kamerona qarşı müxalif mövqedədir.

Buna baxmayaraq, sensasiyalı iddia qısa müddət ərzində sosial şəbəkələrdə zarafat mövzusuna çevrilib.

Qeyd edək ki, bundan əvvəllər də Böyük Britaniyanın dövlət və hökumət nümayəndələrinin adı bu cür qalmaqallarda hallanıb.

Xatırladaq ki, iyul ayında Britaniyada lordlar palatasının vitse prezidenti lord Con Süelin adı ətrafında qalmaqal yarandığından o vəzifəsindən istefa verib. Qalmaqala səbəb yerli mətbuatda əxlaqsız qadınlarla əhatə olunmuş lordun narkotik qəbul etməsini əks etdirən videonun yayılması olub.

Vitse-spikerlə bağlı ifşaedici material "The Sun" qəzetində dərc olunub.

Lordlar palatasının spikeri Baroness de Souzanın sözlərinə görə, lord Süel vitse-spikerliklə yanaşı İmtiyazlar komitəsi sədri vəzifəsindən də istefa verib. Videoyazıda siyasətçinin kokaini 5 funtluq əskinas vasitəsilə burnuna çəkdiyi əks olunub.

Baroness de Souza artıq keçmiş müavinin hərəkərlərindən şoka düşdüyünü deyərək bu işin polisə ötürüldüyünü bildirib.

Lord Süel İngiltərənin keçmiş baş naziri Toni Bleyerlə yaxınlığı ilə tanınır. Baron Sevel Lordlar Palatasında lordların davranış standartlarına cavabdehlik daşıyan Lordların Etika Komitəsinə rəhbərlik edib.

Lord Süel üzləşdiyi qalmaqallı hadisədən bir az əvvəl "Huffington Post" qəzeti üçün hazırladığı məqalədə özlərini zadəgan tituluna uyğun aparmayanların Lord titulundan məhrum edilməsi təklifini irəli sürüb.

Məqaləsində, "Cəmiyyətin azlıq təşkil edən zadəganlar təbəqəsi davranışlarına xüsusi diqqət yetirməlidirlər. Bir lordun qeyri-etik davranışı bizim imicimizi riskə atır. Qalmaqallarla qəzet manşeti olurlar",- deyən Süelin özünün bu vəziyyətə düşməsi və videosunun çəkilərək mediaya ötürülməsinin ardında kimlərin və nələrin durduğu isə hələ bəlli deyil.

 





29.09.2015    çap et  çap et