525.Az

Suriyada döyüşlərdə iştirak etməkdə şübhəli bilinən şəxs həbs edildi


 

Suriyada döyüşlərdə iştirak etməkdə şübhəli bilinən şəxs həbs edildi<b style="color:red"></b>

Suriyada döyüşlərdə iştirak etməkdə şübhəli bilinən şəxs həbs edilib.

APA-nın məlumatına görə, Ağsu rayon sakini, 1985-ci il təvəllüdlü Əhmədov Taleh Mahir oğlu Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həbs olunub.
 
Aparılan araşdırmalar zamanı onun 2014-cü ildə Suriyaya getdiyi və 3 ay orada qaldığı məlum olub.
 
Onun barəsində Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya qrup yaratma) maddəsinə əsasən cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir. 

 





29.09.2015    çap et  çap et