525.Az

Kasilyas Xavini geridə qoydu


 

Kasilyas Xavini geridə qoydu<b style="color:red"></b>

"Portu"nun qapıçısı İker Kasilyas yeni rekorda imza atıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, ispaniyalı qolkiper Çempionlar Liqasında ən çox oyun keçirən futbolçu olub.

Bu, "Çelsi" ilə matça (2:1) təsadüf edib. Çempionlar Liqasında 152-ci oyununa çıxan Kasilyas bu göstəricidə "Barselona"nın sabiq futbolçusu Xavi Hernandezi (151) geridə qoyub.

Qeyd edək ki, 1999-2015-ci illərdə "Real" (Madrid) klubunun şərəfini qoruyan Kasilyas 3 dəfə (1999/2000, 2001/2002 və 2013/2014) Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırıb.

 





30.09.2015    çap et  çap et