525.Az

Azərbaycan-İtaliya Universitetlərarası Forum keçirilir


 

Azərbaycan-İtaliya Universitetlərarası Forum keçirilir<b style="color:red"></b>

İtaliyanın Milan şəhərində Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan-İtaliya Universitetlərarası Forum işə başlayıb.

Nazirlikdən verilən məlumata görə, bu ilin may-oktyabr aylarında Milanda "Dünya sərgisi" çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan Respublikasının rəsmi pavilyonu təşkil olunub.

Azərbaycan-İtaliya Universitetlərarası Forumunda hər iki ölkənin Təhsil nazirlikləri və ali təhsil müəssisələrinin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti iştirak edir.

Təhsil naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə 28-30 sentyabr tarixlərində Milanda səfərdə olan Təhsil Nazirliyinin və ölkəmizin 11 dövlət ali təhsil müəssisəsinin məsul şəxslərindən ibarət nümayəndə heyəti tələbə mobilliyi və ikitərəfli əməkdaşlıq, ikili diplom proqramlarının universitetlərarası əməkdaşlığın gücləndirilməsində rolu və digər vacib mövzular ətrafında fikir mübadiləsi aparacaq və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edəcək.

Forumun məqsədi Azərbaycan və İtaliya ali təhsil müəssisələri arasında mövcud əlaqələrin genişləndirilməsi, yeni təmasların qurulması, aktual mövzuların müzakirəsi, təcrübə mübadiləsinin və birgə proqramların həyata keçirilməsi imkanlarını dəyərləndirməkdən ibarətdir.

Vəfa MƏMMƏDLİ

 





30.09.2015    çap et  çap et