525.Az

Məhkəmə Jirinovskinin Qorbaçova qarşı iddiasına baxacaq


 

Məhkəmə Jirinovskinin Qorbaçova qarşı iddiasına baxacaq<b style="color:red"></b>

Moskva məhkəməsi oktyabrın 15-də Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin SSRİ-nin eks-prezidenti Mixail Qorbaçova qarşı şərəf, ləyaqət və işgüzar nüfuzunu qorumaq barədə iddiasına baxacaq.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, iş üzrə cavabdehlər M.Qorbaçov və "İzdatelstvo ves mir" MMC-dir.

V.Jirinovski M. Qorbaçovun "Kremldən sonra" kitabında dərc edilmiş məlumatları təkzib etməyi və mənəvi təzminat qismində 1 milyon rubl tələb edir.

 





30.09.2015    çap et  çap et