525.Az

Qaz təchizatı ilə bağlı qanuna dəyişiklik ciddi müzakirələrə səbəb oldu


 

Qaz təchizatı ilə bağlı qanuna dəyişiklik ciddi müzakirələrə səbəb oldu<b style="color:red"></b>

"Payız daxil olur, havalar soyuyur. Bakıda çox sayda hündürmərtəbəli binalarda mənzil almış vətəndaşlar bu qışı da yəqin ki, qazsız keçirəcəklər".

Bu sözləri BAXCP sədri Qüdrət Həsənquliyev Milli Məclisdə "Qaz təchizatı haqqında" qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı səsləndirib. O bildirib ki, elektriklə yüklənmə isə naqillərdə problemlərə gətirib çıxarır:

"Dövlət Neft Şirkəti qərar verib ki, bina təhvil verilibsə, ona qaz verilməlidir. Tikinti şirkətlərinin bəzi dələduz rəhbərləri bir mənzili başqalarına da satırlar. Buna görə də, mənzil alanlar problemlər yaşayır.

Qanunvericiliyə kiçik dəyişiklik etməklə problemi həll edə bilərik. Tikinti şirkətinin yalnız notarial qaydada mənzili sata bilməsi ilə qanunvericiliyə əlavə edilsin. Bu məsələni hökumət qarşısında qaldırmalıyıq. Hökumətdən tələb etməliyik ki, bu sahədə nizam-intizam yaratsın".

Spiker Oqtay Əsədov bildirib ki, Nazirlər Kabinetinin qərarı var ki, sakinlər mənzil təhvil verilməmiş binalara köçməsinlər:

"Bunu notarial qaydada təsdiq etmək üçün qanun qəbul etməyə ehtiyac yoxdur. Bunun üçün artıq müvafiq qərarlar var".

Kamil HƏMZƏOĞLU

 





01.10.2015    çap et  çap et