525.Az

“Android” sistemli qurğu istifadəçilərinin sayı 1,4 milyarda çatıb


 

“Android” sistemli qurğu istifadəçilərinin sayı 1,4 milyarda çatıb<b style="color:red"></b> “Google” şirkətinin baş direktoru Sundar Piçai yeni "Nexus” smartfonlarının nümayişindən əvvəl “Android” mobil əməliyyat sistemindən istifadə edənlərin sayının 1,4 milyard nəfərə çatmasını bildirib.  
 

525.az RYTN-nin rəsmi saytına istinadən xəbər verir ki, onun sözlərinə görə, mobil platformanın populyarlığı "Google”un həmişə geniş və açıq ekosistemlərə diqqət yetirməsi ilə əlaqədardır. “Android” istifadəçilərinin sayının artması təsir bağışlayandır, çünki bir neçə ay əvvəl şirkət "Google I/O” konfransında 1 milyard aktiv istifadəçisinin olmasını açıqlayıb.
 
Bu faktı "Google Play” mağazasında bir sıra əlavələrin 1 milyard dəfədən çox quraşdırılması sübut edir. Bundan başqa, şirkətin servislərinin qadağan olunduğu və “Xiaomi” və “Meizu” kimi yerli mobil elektronika istehsalçılarının öz ekosistemlərindən istifadə etdiyi Çində çoxlu istifadəçinin olması rəsmi statistikadan kənarda qalıb.
 
İstifadəçilərin sayı haqqında söhbəti davam etdirən “Google” nümayəndələri 20 milyon "Chromecast” rəqəmli mediapleyerinin satılmasını da qeyd ediblər.
 
Tədbirin sonunda S.Piçai şirkətin məqsədinin “Android” istifadəçilərinin sayının 2 milyarda çatdırılması olduğunu vurğulayıb, - “4PDA” yazır. 
 





01.10.2015    çap et  çap et