525.Az

"Bu ideyanın alınmayacağı əvvəlcədən bəlli idi"


 

"Bu ideyanın alınmayacağı əvvəlcədən bəlli idi"<b style="color:red"></b>

“Müxalifət , xüsusilə, “Müsavat”la AXCP arasında  “vahid namizəd” məsələsində razılığa gəlinməyəcəyi, bu ideyanın alınmayacağı əvvəlcədən bəlli və gözlənilən idi”.

525.az-ın məlumatına görə, bunu millət vəkili Jalə Əliyeva dilə gətirib. Millət vəkilinin qeyd etdiyinə görə, müxalif cinah, ələlxüsus, AXCP ilə “Müsavat” üzdə birlik görüntüləri nümayiş etdirsələr də, zaman-zaman müxtəlif siyasi çətirlər altında, son vaxtlar isə İctimai Palata adlanan qurumda birləşələrsə də, onlar arasında daim gizli rəqabət, “kim-kimi” mübarizəsi gedib.

J.Əliyeva bildirib ki, “Müsavat” tərəfindən İsa Qəmbərin qarşıdan gələn prezident seçkiləri ilə bağlı namizədliyinin irəli sürülməsindən sonra bu “əbədi və əzəli müttəfiq”lər arasında gedən gizlin rəqabət, qarşıdurma daha aşkar xarakter alıb, daha açıq müstəviyə keçib:

“Hər halda müxalifət daxilində baş verənlər onların öz daxili işləridir və açığını deyim ki, bizi-indiki hakim siyasi komandanı və onu dəstəkləyən qüvvələri, insanları o qədər də maraqlandırmır. Çünki bu düşərgədə yaşanan proseslərin ölkədəki bu və ya digər dərəcədə ictimai-siyasi münasibətlərə heç bir təsiri yoxdur. Eyni zamanda, onlar istəyirlər birləşsinlər, istəyirlər birləşməsinlər, istəyirlər kimisə tapıb öz  aralarından  “vahid namizəd” seçsinlər, istəyirlər həmişəki kimi seçkilərə dağınıq, pərakəndə halda və çox namizədlə getsinlər, fərq etməz və etmir, cəmiyyətdə artıq bu cinahın heç bir dayağı, sosial bazası, güclü elektoratı yoxdur.

 Cəmiyyət artıq bu qüvvələrdən bilmərrə əli üzüb. Cəmiyyətin yeganə etibar etdiyi siyasi qüvvə və namizəd var ki, o da elə bilirəm hamıya məlumdur. Azərbaycan seçicilərinin, ölkə əhalisinin mütləq əksəriyyətinin etimad etdiyi, güvəndiyi, dəstəklədiyi, nəhayət, mandat verdiyi siyasi qüvvə indiki hakim komanda və ölkə Prezidenti İlham Əliyevdir...”

K. Həmzəoğlu

 





30.12.2012    çap et  çap et