525.Az

"Qarabağ" azarkeşlərinin qələbə sevinci


 

"Qarabağ" azarkeşlərinin qələbə sevinci<b style="color:red"></b> Azərbaycan çempionu "Qarabağ"ın  Avropa Liqasının qrup mərhələsində 2-ci oyununda Belçikanın  "Anderlext" klubuna qalib gəlməsi azarkeşlərə sevincli anlar yaşadıb.
 
APA-nın məlumatına görə, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyun bitən kimi azarkeşlər Azadlıq meydanına doğru yürüş keçiriblər.  Meydana toplaşan "Qarabağ"lı fanatlar qələbə şüarları səsləndiriblər.
 
Qeyd edək ki, "Qarabağ" azarkeşlərinin keçirdiyi qələbə yürüşü iki saata yaxın davam edib.
 





02.10.2015    çap et  çap et