525.Az

ABŞ-da kollecdə atışmanı 26 yaşlı yerli sakin törədib


 

ABŞ-da kollecdə atışmanı 26 yaşlı yerli sakin törədib<b style="color:red"></b>

ABŞ-ın Oreqon ştatında kolleclərin birində baş verən atışmanı yerli sakin törədib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “New York Times” nəşri məlumat yayıb.
 
Məlumata əsasən, hüquq-mühafizə orqanlarındakı mənbə cinayətkarın kimliyini açıqlayıb - bu 26 yaşlı  Rosberq şəhərinin sakini Kris Xarper Merserdir.
 
İlkin məlumata görə, onun üzərində 3 tapança və 1 tüfəng aşkarlanıb.
 
Məlumatlara əsasən, insidentdən əvvəl Kris Xarper spsial şəbəkələrin birində atışma törətmək niyyətində olduğunu açıqlayıb.  Kria Xarper bu addımın onun xəbərlərin qəhrəmanı olmaq üçün yeganə şans olacağını bildirmişdi.
 
Qeyd edək ki, Oreqon ştatının  Rezberq şəhəri yaxınlığındakı kollecdə baş vermiş atışma nəticəsində 10 nəfər ölüb, 7 nəfər isə yaralanıb.
 
Silahlı hücumu törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları ilə atışma zamanı öldürülüb.
 
Qeyd edək ki, ABŞ Prezidenti Barak Obama hadisə ilə əlaqədar xalqa etdiyi  müraciətində Konqresi silah nəzarəti sahəsində qanunvericiliyi sərtləşdirməyə çağırıb.  Obamanın bundan əvvəl baş vermiş qanlı insidentlərlə bağlı  bir neçə dəfə irəli sürdüyü analoji təşəbbüslər Konqresdə rədd edilmişdi.

 





02.10.2015    çap et  çap et