525.Az
Şahin Mustafayev İrana səfər edəcək
İqtisadiyyat və Sənaye naziri, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə 3-4 avqust tarixlərində İranda səfərdə olarkən keçirilən görüşlərdə bir sıra sahələrə dair geniş fikir mübadiləsi aparılıb, o cümlədən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması istiqamətində müzakirələr üçün Hökumətlərarası Komissiya həmsədrlərinin rəhbərliyi ilə Azərbaycan və İran nümayəndə heyətlərinin görüşünün keçirilməsi barədə razılıq əldə olunub.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, 9-10 oktyabr tarixlərində Azərbaycanın Lənkəran və Astara, İranın Astara şəhərlərində keçirilməsi planlaşdırılan görüşlərdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı işlərin gedişi, hər iki tərəfdən əlaqələndirilmiş işin təşkili, yaradılacaq infrastruktur barədə müzakirələr aparılacaq, dəhlizin Astara (Azərbaycan) - Astara (İran) hissəsinə baxış keçiriləcək.
Görüşlərdə Azərbaycan tərəfindən İqtisadiyyat və Sənaye naziri ilə yanaşı, Xarici İşlər və Nəqliyyat nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin, "Azərbaycan Dəmir Yolları" QSC-nin, İran tərəfindən aidiyyəti qurumların yüksək səviyyəli şəxslərinin iştirakı nəzərdə tutulur.
02.10.2015
çap et