525.Az

Bakıda böyük tııxac - (Video)


 

Bakıda böyük tııxac - <b style="color:red">(Video)</b>

Paytaxtın bir çox küçələrində, və həmçinin Bakı - Sumqayıt yolunda tıxac yaranıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, tıxacların yaranmasının başlıca səbəbi şəhərin bəzi əsas küçələrində avtomobillərin hərəkətinə qoyulan tam məhdudiyyətdir.

Əsədovun sözlərinə görə, Cəlil Məmmədquluzadə küçəsindən "Papanin" kimi tanınan ərazi istiqamətində təmir işləri ilə əlaqədar avtomobillərin hərəkətinə tam məhdudiyyət qolulduğundan yeganə alternativ yol olan Tbilisi prospektində tıxac yaranır.

S. Vurğun küçəsində təmir işləri getdiyindən, avtomobillərin hərəkətində problem yaranır. Biləcəri qəsəbəsindən Binəqədi şosesi istiqmətində yeni asfalt örtüyünə görə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Əsədov bildirib ki, ölkə üzrə 1 milyon 100 mindən artıq nəqliyyat vasitəsi qeydə alınıb ki, onun da 620 mini Bakı şəhərində qeydiyyatdadır və gün ərzində paytaxta 50 min nəqliyyat vasitəsi daxil olur. Bundan əlavə bayram ərəfəsində bölgələrdən paytaxta axın artıb.

 





31.12.2012    çap et  çap et