525.Az
İrəvanda konstitusiya islahatları əleyhinə mitinq keçirilir
İrəvanın mərkəzində, Azadlıq meydanında konstitusiya islahatları əleyhinə mitinq keçirilir.
APA-nın news.am-a istinadən verdiyi məlumata görə, mitinq iştirakçılarının əksəriyyəti əllərində “Yox” plakatını tutublar.
Mitinqdə iki müxalifət partiyası - Erməni Milli Konqresi və “İrs” partiyasının nümayəndələri çıxış edəcəklər. Aksiyada iştirak edən partiya və ictimai təşkilatlar “Yox” cəbhəsi altında birləşiblər. Mitinqdən sonra yürüşün keçirilməsi nəzərdə tutulub.
03.10.2015
çap et