525.Az

Tovuzda yanacaqdoldurma məntəqəsinə basqın


 

Tovuzda yanacaqdoldurma məntəqəsinə basqın <b style="color:red"></b>

Bu gecə saat 03.00 radələrində Tovuz rayonunun Əyyublu kəndində yerləşən yanacaqdoldurma məntəqəsinə basqın edilib.

Tovuz rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, naməlum şəxslər yanacaqdoldurma məntəqəsində nəzarətçiyə hücum edərək, əl-qolunu bağlayıblar və kassadakı pulu oğurlayıblar.
 
Hadisəni törədənlərin şəxsiyyəti və dəyən ziyan araşdırılır.

 





03.10.2015    çap et  çap et