525.Az

Əkrəm Qaflanoğlunun “Talelər kəsişəndə” kitabı işıq üzü görüb


 

Əkrəm Qaflanoğlunun “Talelər kəsişəndə” kitabı işıq üzü görüb<b style="color:red"></b>

Yazıçı-publisist Əkrəm Qaflanoğlunun “Talelər kəsişəndə” kitabı nəşr olunub.

Eyniadlı povestin yer aldığı kitabda 80-90-cı illərinin əvvəllərində baş vermiş hadisələr əsasında qələmə alınıb.

Müəllif hadisələri özünəməxsus tərzdə, üslubda canlandırıb, birganəlik, məkr və hiyləgərliyi tənqid edib.

Əsərdə xeyirxahlıq, yüksək mənəviyyat, dürüstlük və insani keyfiyyətlər tərənnüm və təbliğ olunur.

Kitaba professor Nizaməddin Şəmsizadə “Bir sevginin taleyi” adlı önsöz yazıb. N. Şəmsizadə Ə. Qaflanoğlunu çağdaş Azərbaycan ədəbi- ictimai özünəməxsus mövqeyi olan ziyalılarımızdan biri kimi səciyyələndirib: “Əkrəm Qubanın təbiəti kimi gözəl və kamallı, həm də istedadlı adamdır. On beş il öncə onun “həm gülək, həm düşünək” kitabına ön söz yazanda bildim ki, Əkrəm həm də yaxşı yazıçıdır. O, Azərbaycan gülüş mədəniyyətini dərindən mənimsəyib, tizfəhm təxəyyülün yığcam bədii ifadəsi olan miniatür gülməcələr yazır. “Həm gülək, həm düşünək”dən sonra Əkrəm Qaflanoğlunun “55+”, “Dünyanı belə gördüm” kimi diqqətəlayiq nəsr və publisistika kitabları çap olunub. Bu kitablar öz səviyyəsi və səmimiyyəti ilə Əkrəm Qaflanoğlu imzasını bir yazıçı kimi təsdiq edib. Mən onun “Ezamiyyətdə”, “Zurnaçı Əliş”, “Bildiriş boğçası”, “Əhvalat”, “Gecə səfəri” kimi satirik-yumoristik novella və hekayələrini oxumuşdum.Onun belə hekayələri oxucuya gözəl estetik-yumoristik təsir bağışlayır. Bununla belə mən Əkrəmi daha çox publisist kimi tanıyırdım.

...Və bir gün o mənə “Talelər kəsişəndə” adlı böyük bir povest göndərdi. Gözlərimin görmə imkanlarının zəif olmasına baxmayaraq, povestin əlyazmasını həvəslə oxudum.Daha doğrusu, əsər məni çəkib apardı, özünü mənə oxutdurdu. “Talelər kəsişəndə” dərin realizmlə-real həyat əsasında yazılmış nəsr əsəridir.

Əkrəm Qaflanoğlunun “Talelər kəsişəndə” povestində məhəbbət, sədaqət və cəsarət haqsızlığa, rəzalət və qəbahətə qalib gəlir. Bu mənəvi-əxlaqi qələbənin çətinliklərdən keçməsi isə əsərin maraqlı və cazibədar olmasını təmin edir”.

 





03.10.2015    çap et  çap et