525.Az

“Naşir”in payız nəşri


 

“Naşir”in payız nəşri<b style="color:red"></b>

Bugünlərdə “Naşir” jurnalının növbəti buraxılışı nəşr edilib.
 
Jurnalda filologiya elmləri doktoru Nizami Cəfərovun “İnam olmayanda insan sevə bilmir, yaşaya bilmir” sərlövhəli müsahibəsi dərc edilib.

Dilqəm Əhmədin “Latın qrafikasına necə keçdik?” yazısında məlum suala cavab axtarılıb.  

Dövlət İdarəçililk Akademiyasının rektoru Urxan Ələkbərovun verdiyi “Hər uğurlu iş çəkilən zəhmətin nəticəsidir” başlıqlı müsahibə də jurnalın bu sayında işıq üzü görüb.

APA Holdinqin direktoru Vüsalə Mahirqızının “Azərbaycan dilinin qorunmasında medianın rolu” sərlövhəli müsahibəsi jurnalın “Ümumidən xüsusiyə” rubrikasında verilib.

Pərvinin “O” (“la Donna”) yazısında Rəşad Məcidin İtaliyada nəşr olunan və Milanda təqdimatı keçirilən eyniadlı kitabı ilə bağlı düşüncələr və səfər təəssüratı öz əksini tapıb.

Jurnalda elm, incəsənət və ədəbiyyatla bağlı digər maraqlı  yazılar da oxucuların ixtiyarına verilib.

 





03.10.2015    çap et  çap et