525.Az

Rəşad Məcidin “Bir də gəlməyəcək” kitabı Türkiyədə nəşr edilib


 

Rəşad Məcidin “Bir də gəlməyəcək” kitabı Türkiyədə nəşr edilib<b style="color:red"></b>

Bugünlərdə şair Rəşad Məcidin Ankaradakı “Bengü” nəşriyyatında “Bir də gəlməyəcək” şeirlər kitabı işıq üzü görüb. 

Kitabı nəşrə Seyfəddin Altaylı və Eldar Avşin Altaylı hazırlayıb. Seyfəddin Altaylı kitaba yazdığı önsözdə Rəşad Məcidlə dostluq tarixçəsindən bəhs edib.
 
S. Altaylı oğlu ilə birgə bu kitabı Türkiyə türkcəsinə uyğunlaşdırmaqdan məmnun olduğunu vurğulayıb.

Nəşriyyatın qeydində Rəşad Məcidin digər əsərlərinin də nəşr edilib yayımlanacağı bildirilir.

Kitabda Rəşad Məcidin “Bayrağım”, “Xilaskarım”,  “Yaxşı”, “Atmaram səni”, “Məni tanımadınızmı”, “Bir də gəlməyəcək”  və başqa sevilən şeirləri yer alıb.
 
Qeyd edək ki, şairin bir çox şeirləri kimi, adıçəkilən sonuncu şeirinə də mahnı bəstələnib.

 





03.10.2015    çap et  çap et