525.Az

Bakı Slavyan Universitetində Natiq Rəsulzadə ilə görüş keçirilib


 

Bakı Slavyan Universitetində Natiq Rəsulzadə ilə görüş keçirilib<b style="color:red"></b>

Dünən Bakı Slavyan Universitetində (BSU) yazıçı, PEN klubun vitse-prezidenti, Azərbaycan Yazıçılar Birliyinin (AYB) idarə heyətinin üzvü Natiq Rəsulzadə ilə  görüş olub.

Görüşdə akademik Kamal Abdulla, BSU-nun rektoru Asif Hacıyev, tənqidçi Rüstəm Kamal, universitetin müəllim və tələbə heyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan A.Hacıyev Natiq Rəsulzadənin həyat və yaradıcılığı barədə  iştirakçılara məlumat verib. Rektor bildirib ki, N.Rəsulzadənin BSU ilə sıx əlaqəsi var, universitetin Tərcümə fakültəsində dərs deyir. O, gənclərə hər zaman dəstək olur.

Kamal Abdulla çıxışında bildirib ki, Natiq Rəsulzadə öz düşüncələrini, yazmaq istədiklərini hər zaman oxucuları və tələbələri ilə bölüşür. N. Rəsulzadə müasir Azərbaycan həyatını gözəl bilən, həyatın bütün nüaslarını yazıya almağı bacaran, oxucunu daim gərginlikdə saxlayan yazıçılardan biri kimi Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, Mir Cəlal ənənələrini  davam etdirir. Natiq Rəsulzadənin timsalında həm rus, həm də Avropa oxucusu Azərbaycan haqqında məlumatlarını genişləndirir. Xalqımızın hansı amalla, ideyalarla yaşadığını özü üçün müəyyənləşdirir.

R.Kamal deyib ki, Natiq Rəsulzadənin əsərlərində Bakının ruhu var, o, cansız binalara, küçələrə ruh verir, şəhəri bir növ canlandıraraq, onu personaja çevirir.

N.Rəsulzadə çıxışında Azərbaycan ədəbiyyatındakı problemlərdən, gənclərin kitaba marağından söz açıb, tədbirin təşkilinə görə Universitet rəhbərliyinə minnətdarlığını bildirib, sualları cavablandırıb.

FİRƏNGİZ

 





04.10.2015    çap et  çap et