525.Az

Türkiyənin tanınmış aktrisası vəfat edib


 

Türkiyənin tanınmış aktrisası vəfat edib<b style="color:red"></b>

Türkiyənin tanınmış aktrisası Tomris İncer vəfat edib.

APA-nın “Milliyet”ə istinadən xəbərinə görə, xərçəng xəstəliyindən əziyyət çəkən 67 yaşlı aktrisa bu gecə ölüb.

Qeyd edək ki, 1948-ci ildə Bolqarıstanda anadan olan Tomris İncer müxtəlif film və seriallarda oynayıb, o cümlədən Azərbaycanda da çox məşhur olan “Min bir gecə” serialında qaynana rolunu canlandırıb.

Tomris İncər Azərbaycanda çəkilən “Mahmud və Məryəm” filmində də rol alıb.

 





05.10.2015    çap et  çap et