525.Az

Bakı sevdalısı Ratib Sukkər


 

Bakı sevdalısı Ratib Sukkər <b style="color:red"></b>

BAKI SEVDALISI RATİB SUKKƏR

Nəriman QASIMOĞLU

Salam, Ratib. Necəsən, işlərin necədir? Ailən? Salamatçılıqdırmı, hər şey qaydasındamı? Nəriman

Darıxmışıq səndən ötrü, Nəriman! Ratib

Biz səndən ötrü darixiriq, Ratib. Ailənə salamlarımı çatdır. Allah hamınızı qorusun!  Nəriman

Necəsən, Ratib? Vəziyyətin barədə yaz!

Təşəkkürlər, Nəriman. Dəməşqdəyəm, çətin bir durumda. Hamıya salamlar! Ratib

Olduqca təəssüf edirəm, Ratib, hazırda çətin durumda olduğuna. Telefonun var? Dəməşqdəki telefon sayını mənə yaz səninlə əlaqə saxlaya bilim. Özündən muğayat ol.

Yuxarıdakılar Ratib Sukkərlə son qısa elektron yazışmalarımın tərcüməsidir...

Ratib Sukkər Suriyanın məşhur şairi, ədəbiyyat çəfakeşi, filoloqudur. Sonralar dostluğa çevrilən tanışlığımızın tarixçəsi ötən əsrin 80-ci illərinin ikinci yarısına gedib çıxır. Ratiblə Moskvada Elmlər Akademiyasının yataqxanasında tanış olmuşdum. Həmin yataqxanada ərəbdilli  bir poeziya ab-havası yaşanırdı. Bu mühiti tanınmışlarla yanaşı, yaradıcılığa yeni başlayan ərəb şairləri yaratmışdı. Hər biri ayrıca olaraq ədəbiyyata aid araşdırmalarla da məşgul idi, dissertasiya üzərində işləyirdi. Tez-tez  toplaşar, şeir məclisləri qurar, şeir gecələri keçirər, poeziyaya dair fikirlərini bölüşər, bir-birilərini tənqid edərdilər. Prosesin qızğın iştirakçılarından biri məndim. Ərəb olmaya-olmaya ərəb ədəbi dilində üstəlik  suriyalı, livanlı fələstinlilərin ortaq şivəsində sərbəst danışmağıma görə ərəb şairləri üçün uzaq Moskvada bir növ tapıntı idim. Aralarında ədəbi rəqabət , mübahisələr gedirdi. Əvvəl-əvvəl kənar bir şəxs olaraq ədəbi mübahisələrə münsif kimi qatılmışdım. Sonradan özüm hiss etmədən bir baxdım bu mikropoeziya mühitinə tam qaynayıb qarışmışam, elmi işimdənoğurladığımvaxtımı beləcə ərəb şairlərilə bir keçirirəm hətta ədəbi qısqanclıqların, dedi-qoduların, umu-küsülərin, zarafatların tamhüquqlu iştirakçılarından, hədəflərindən birinə çevrilmişəm. indi mənə həqiqətən gülməli gələn odur ki, bütün bunların mənim aid olduğum milli mədəniyyət mühitinə heç bir dəxli yox idi. Bu da təbiidir ki, mən o mühitdə özümü heç həmişəərəbləşmişazərbaycanlı kimi aparmırdım. Fürsət düşdükcə Azərbaycanı, tarixini, mədəniyyətini təbliğ edirdim. Bu mənada təsirim altına sala bildiyim daha çox Ratib Sukkər oldu.

1985-ci ildə Diməşqdə onun ilk şeir kitabı çapdan çıxmışdı. Ərəb ədəbi qəzet dərgilərində şeirləri tez-tez dərc olunurdu. Bir neçə şeirini türkcəmizə çeviribAzərbaycan gəncləriqəzetində çap etdirdim. Qəzeti Moskvada ona çatdıranda elə sevinirdi ki... Bunun müqabilində məndən şeirlərimin tərcüməsini istədi. Bir neçə şeirin öz qələmimdən çıxan sətri tərcüməsini ona verdim. Az müddət sonra həmin şeirlər Ratib Sukkərin təqdimatında SuriyanınƏl-fidəqəzetində çıxdı. Ratiblə ədəbi dostluğumuzun sonrakı məhsulları öz əksini onun haqqımda yazıb Suriyanın mərkəzi ədəbiyyat qəzeti olanƏdəbiyyat həftəsinin bütöv bir səhifəsində şeirlərim Livan fədailərinə ünvanladığım iri həcmli məktubumla birgə dərc etdirdiyi məqalədə, ərəb tənqidçisi Ömər Bəkri Əs-Sərminin şeirlərimi ərəb həmkarlarımın poeziyası kontekstində müqayisəli təhlil edən məqaləsində, həmin yazınınAzərbaycan gənclərində tərcüməsində, eləcə Ratibin poeziya məclislərində, şeir gecələrində etdiyi çıxışlarda tapdı. Bir neçə dəfə Bakıda oldu, şəhərimizə heyranlıqla bağlandı. Bu heyranlığını çox sonralar mənə ithafən yazdığıBakı naxışlarışeirində ifadə etdi. “Dostlardan daha yaxın, rəqiblərdən daha uzaq...” adlı şeir kitabında gedən həmin şeiri dilimizə çevirdim...

Son zamanlar vətəndaş savaşının faciələr, ölümlər, dağıntılar girdabına yuvarlatdığı Suriyada baş verənləri izlədikcə fikrim gedirdi Ratib taleyinə, narahatlıq onun həyatı sarıdan idi. Yazışdıq. Sonra telefon sayını  mənə yazdı. Onun Dəməşq telefonuna zəng etdim. Dedi özün bilirsən vəziyyət necədir. Döyüşlər gedir. Dedim bəlkə küçəyə-filana çıxmayasan. Bildirdi ki, hələlik salamatçılıqdır, çalışırıq sağ qalaq. Onu ailəsini ölkədən çıxarmaqla bağlı mümkün variantı müzakirə etməyə başlamışdım ki, sadəcə minnətdarlığını bildirdi, istəmədi. bu vurhavur içində olan Ratib birdən məni kövrəldərək qayıtdı ki, yeni şeirlərindən varsa sətri tərcümələrini göndər işləyib Dəməşqdə çap etdirim. Təbii ki, imtina edib özündən, ailəsindən  muğayat olmasını, bir ətraflı məktub yazmasını dilədim. Onun telefonuna qulaq asa bilərdilər deyə ayrıntılara varmadım, dedim ziyanına olar, haradan zəng etdiyimi hər ehtimala qarşı bildirmədim. Telefon sayını qeyd etdiyi sonuncu məktubunda Bakı üçün darıxdığını yazırdı.

Elə bilirəm hazırda başı bəlalı Dəməşqə Ratib Sukkərə mənəvi dəstək onun Bakı sevgisinə bir qarşılıq verməyin ən gözəl ifadəsi onun şeirinin “525-ci qəzet dərci olardı.

ABŞ, Kembric şəhəri,

21 dekabr 2012

BAKI NAXIŞLARI

Ruhdaşım, Azərbaycan şairi Nəriman Qasımoğluna

1

Bakı...

Sübh mehindən gözləri xumar-xuma
axır, axır pəncərələrdən yerə.
Söz-söz bitən nəmli-nəmli baxışlar
dönür dualara qalxır göylərə
Bu xumar baxışlar bir sübh çağında
oxlarıyla tuşlanır dan yerinə.
Yırğalanır göylərin qucağında,
dalır itən qaranlığın seyrinə.

2

Bakı...

Bir xalı üzərində
bir ağac naxışlanır.
Əl-qol atır budaqlar,
rəqs edir, xoşhallanır.
Bu rəqsin kölgəsində
bitir sevgi otları,
ilmə-ilmə gülüşür
şəhərin xatunları.

3

Gül üzləri qələmimlə çəkilmiş
qəlbimdə olanın təfsiri kimi,
zaman da kor olmuş, donub dayanmış
ən gözəl günümün təsviri kimi.
Çatdırır Xəzərin sevgilərini
dalğalar, çalınır bir sevgi marşı.
Qoşmaq istəyirəm eşqimə doğru,
mey kimi içirəm bu ismarışı.

4

Bakı...  Sabahın xeyir,
ey dəniz sevdalısı!
Duyurursan, səslənir
həzin günəş laylası.
Sularda Günəş əksi,
nurdan ocaq çatılar.
Bir eşq maviliyində
qayıqlar, qaraltılar...

5

Bakıyla dan yeri iki sevgili...
Tanrımı ucaltmış bu cüt xilqəti.
Sübh çağının yaxasında səslənir
bir könül söhbəti, bir hal söhbəti.
Qumlarının hər dənəsi eşq dolu
bir kəlmədir işıldayır, danışır.
Bu səhər yelinin zümzümələri
rəqs eləyən duyğulara qarışır.

6

Bakı...
Qapısı önündə Xəzər keşikçi,
neft sızan yarası qan qaraltısı.
Kim sancmış köksünə dərd nizəsini?!
Pozmuş əhvalını pul parıltısı.
Sevgili çöhrəsi bir örtük imiş
Xəzərin dərdinə, halsız halına.
Təni bir əğyarın əsirliyində,
aldanır aşiqlər öz xəyalına.

7

Bakı...
Naxışlanır bu şəhərdə
şeirlərim şəkillənir.
Yersiz-yurdsuz sətirlərim
bir gecənin sakinləri.
Qələmdir dirəklər küçələrində,
gecənin bəxtinə nələri yazar?
Dərdini işıqla yazıb göndərər
işığı azalan kor ulduzlara.

8

Bakı...
Gözəl vədlər toxunur
şadlıq ilmələrilə.
Şən nəğmələr oxunur
sağlıq kəlmələrilə
Bir laylamı səslənir
beşiyinin başında.
Yuxudadı, yox səmir
torpağında, daşında.

9

Bax, qiyamət saatı,
aşkarlamış sirləri.
Bu, azadlıq büsatı,
qoparmış zəncirləri.
Bax rəqslə dinər, gəzər
kölgələr, parıltılar.
Bu, ən gözəl mənzərə,
yoxluğu hey baltalar.

10

Səsləyib Xəzər məni,
görüşünə gəlmişəm.
Axıdıb göz yaşımı
özüm göllənmişəm. 
Yuyuram qollarından
Neft daşıyan tankerin
Kirli qalıqlarını
Yuyuram gözlərindən
Bulanıq zamanların
Sirli qalıqlarını.

11

Bakı...

Bir quş cəhcəhinin qanadlarında
ucalır göylərə şeirimin səsi.
Dan yeri açılan səhərə həsrət,
yırtır sözlərimlə zülmət qəfəsi.

12

Bakı...

İtmiş Azərbaycan gözümdən indi,
bir həsrət içində qəlbim qovrulur.
Bir acı rüzgarın önünə düşüb
ruhum qərib-qərib göyə sovrulur.

 





31.12.2012    çap et  çap et