525.Az

İsveçdə “Nobel həftəsi” başlayıb


 

İsveçdə “Nobel həftəsi” başlayıb<b style="color:red"></b>

Bu gün İsveçin Stokholm şəhərində “Nobel” mükafatının fiziologiya və tibb üzrə ilk mükafatçısının adı açıqlanacaq.

APA-nın mükafatın rəsmi saytına istinadən verdiyi məlumata görə, mükafat ilk olaraq bu gün Bakı vaxtı ilə 14:30-da elan olunacaq.
 
Oktyabrın 6-da fizika, oktyabrın 7-də kimya, oktyabrın 9-da isə sülh üzrə Nobel mükafatının sahibləri müəyyənləşəcək.
 
İqtisadiyyat üzrə Nobel mükafatı isə oktyabrın 12-də sahibinə təqdim olunacaq.
 
Komitənin internet səhifəsində bildirilib ki, ədəbiyyat üzrə Nobel mükafatının vaxtı hələlik məlum deyil.

 





05.10.2015    çap et  çap et