525.Az

"Azərbaycanla görüşdə gənclərə şans verəcəm"


 

"Azərbaycanla görüşdə gənclərə şans verəcəm"<b style="color:red"></b>

"Seçmə mərhələdə son iki oyunumuz qalır. Hər iki görüşdə daha yaxşı oynamalıyıq. Xorvatiya və Azərbaycanla matçlarda gənc futbolçulara şans verəcəm".

Qol.Az-ın məlumatına görə, bu sözləri Bolqarıstan millisinin baş məşqçisi İvaylo Petev deyib.

Bolqarıstan mətbuatına danışan Petev "Avro-2016"nın seçmə mərhələsində qarşılaşacaqları Xorvatiya və Azərbaycanla oyunlara toxunub:

"Hər iki matçda daha keyfiyyətli oyun göstərmək şansımız var. Ümid edirəm ki, İtaliya və Norveçlə görüşlərdəki səhvlərdən dərs çıxaracağıq və bunu bir daha təkrarlamayacağıq. Start heyətini hələlik müəyyənləşdirməmişəm. Ancaq təlim-məşq toplanışı seçim etməyimə kömək edəcək".

Qeyd edək ki, oktyabrın 10-da səfərdə Xorvatiyanın qonağı olacaq Bolqarıstan yığması 3 gün sonra evdə millimizi qəbul edəcək.

 





06.10.2015    çap et  çap et