525.Az

Bakıda yaşayış binasında yanğın olub


 

Bakıda yaşayış binasında yanğın olub<b style="color:red"></b>

Azərbaycan paytaxtında yaşayış binasında yanğın olub.

525.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 1-də axşam saatlarında Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus, ümumi sahəsi 55 kv.m olan üçotaqlı mənzilin bir otağının yanar konstruksiyaları və ev əşyaları 15 kv.m sahədə yanıb.
 
Yanğın zamanı 20 nəfər bina sakini, o cümlədən 6 uşaq yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

 





02.01.2013    çap et  çap et