525.Az

"Kamaz" körpüdən aşıb


 

"Kamaz" körpüdən aşıb<b style="color:red"></b>

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda “Kamaz” markalı yük avtomobili körpüdən aşıb.

525.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə nəticəsində nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, sürücü yaralanaraq avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib, həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 06:06-da başa çatıb.

 





04.01.2013    çap et  çap et