525.Az

Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu


 

Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu<b style="color:red"></b> 2015-cü ilin ədəbiyyat üzrə Nobel mükafatı Svetlana Alekseyeviçə verilib.
 
APA-nın Nobel Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yazıçı bu mükafata layiq görülən 14-cü qadın yazıçıdır.
 
Müəllif bu mükafata çoxsəsli yaradıcılığına görə layiq görülüb.
 
Svetlana Alekseyeviç 1948-ci ildə anadan olub. 2000-ci illərdən İtaliya, Fransa və Almaniyada yaşayıb.
 
Müəllif “Müharibə qadın üzlü deyil”, “Sink oğlanlar”, “Ölümlə ovsunlanmışlar”, “Çernobl uşaqları”, “Sekond-hand zamanı” və başqa əsərlərin müəllifidir.
 
Qeyd edək ki, İsveç Kral Akademiyasının 1901-ci ildən təqdim etdiyi Nobel Ədəbiyyat Mükafatı keçən il fransız yazıçısı Patrik Modianoya verilib.
 





08.10.2015    çap et  çap et