525.Az

Polis əməkdaşlarını şantaj edən şəxs tutulub


 

Polis əməkdaşlarını şantaj edən şəxs tutulub<b style="color:red"></b>

Azərbaycanda polis əməkdaşların şantaj yolu ilə pul alan şəxs tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, oktyabrın 8-də Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi əməkdaşları Ramal Ağammədov və Rauf Əzimov raportla müraciət edərək Cəlilabad rayon sakini Xəyal Əmirovun oktyabrın 6-da onlara zəng edib guya rüşvət almalarını videoya çəkməsini deyərək onlardan pul tələb etməsini bildirib.
 
Görülmüş tədbirlərlə X.Əmirov polis əməkdaşlarından 3000 manat alarkən tutulub.

 





09.10.2015    çap et  çap et