525.Az

Bakıda ağır yol qəzası- ölən və yaralananlar var


 

Bakıda ağır yol qəzası- <b style="color:red">ölən və yaralananlar var</b> Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakının Sabunçu rayonunda (Mehdiabad və Balaxanı yolunun kəsişməsində) "VAZ" markalı minik avtomobili və "KAMAZ" markalı yük avtomobili toqquşub.

525.az-ın FHN rəsmi saytına istinadən verdiyi məlumata görə, nəticədə, "VAZ" markalı minik avtomobili deformasiyaya uğramış və avtomobilin sürücüsü 1987-ci il təvəllüdlü Vəliyev Zamiq Ramiz oğlu hadisə yerində vəfat etmiş, iki nəfər sərnişin isə xəsarət alıb.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxarmış, aidiyyəti üzrə təhvil vermiş və hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər

Hadisə şahidlərinin bildirdiklərinə əsasən, qeyd olunan yaralılar hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıb.
 





05.01.2013    çap et  çap et