525.Az

Blatter: "Məni məhv edə bilərlər, lakin..."


 

Blatter: "Məni məhv edə bilərlər, lakin..."<b style="color:red"></b>

FİFA etika komitəsinin qərarı ilə 90 gün müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılan qurumun eks-prezidenti Yozef Blatter mübarizəsiz təslim olmayacağını bildirib.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə "Schweiz am Sonntag" nəşri məlumat yayıb.
 
“Mən döyüşçüyəm. Onlar məni məhv edə bilərlər, lakin bütün həyatımın işini məhv edə bilməyəcəklər”, deyə o bildirib.
 
Qeyd edək ki, Blatter FİFA rəhbəri vəzifəsindən kənarlaşdırıldığına görə apelyasiya şikayəti verib.

 





11.10.2015    çap et  çap et