525.Az

Ronaldoya "Qızıl buts" nə vaxt veriləcək?


 

Ronaldoya "Qızıl buts" nə vaxt veriləcək?<b style="color:red"></b>

"Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldoya oktyabrın 13-də "Qızıl buts" mükafatı təqdim ediləcək.

Qol.Az-ın məlumatına görə, 2014/2015 mövsümünün ən yaxşı bombardiri olan Ronaldo 4-cü bu mükafata sahib çıxacaq.

Bu, UEFA tərəfindən 1968-ci ildən təqdim edilən mükafatın tarixində rekord göstərici olacaq. İndiyə qədər heç bir futbolçu karyerası ərzində 4 dəfə "Qızıl buts" mükafatına yiyələnməyib.

Qeyd edək ki, Ronaldo ötən mövsüm La Liqada meydana çıxdığı 35 oyunda 48 qol vurub. O, 2008, 2011 və 2014-cü illərdə "Qızıl buts" mükafatını qazanıb.

 





11.10.2015    çap et  çap et