525.Az

"Qarabağ" "Qəbələ"yə uduzdu


 

"Qarabağ" "Qəbələ"yə uduzdu<b style="color:red"></b>

"Avro-2016"nın seçmə mərhələsində milli komandaların oyunları ilə əlaqədar Premyer Liqamızda yaranmış fasilədən istifadə edən klublar yoxlama görüşlərində qüvvələrini sınayır.

Qol.Az-ın məlumatına görə, bu gün Avropa Liqasının qrup mərhələsinin iki iştirakçısı - "Qarabağ" və "Qəbələ" üz-üzə gəlib. Bu matçda milli komandalara dəvət almış futbolçular iştirak etməyib.

Qəbələ şəhər stadionunda keçirilən oyun saat 19:00-da başlayıb. Oyun 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Bütün qollar birinci hissədə vurulub.

Qeyd edək ki, Premyer Liqanın 8-ci turunda "Qarabağ" evdə "Zirə"ni qəbul edəcək. "Qəbələ" isə səfərdə "Neftçi"nin qonağı olacaq.

19.00. "Qəbələ" - "Qarabağ" 2:1
Qollar: Aleksey Antonov, Fakundo Pereyra / Dani Kintana

 





12.10.2015    çap et  çap et