525.Az

İtaliya yığmasından dünya rekordu


 

İtaliya yığmasından dünya rekordu<b style="color:red"></b>

"Avro-2016"nın seçmə mərhələsində Bakıda millimizlə 3:1 hesabı ilə qalib gələn İtaliya yığması yeni rekord müəyyənləşdirib.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, "Skuadra Adzurra" növbəti dəfə seçmə mərhələ oyununda meydanı məğlubiyyətsiz tərk edib.

Bununla da, dünya və Avropa çempionatlarının seçmə mərhələlərində 49-cu dəfə uduzmayan İtaliya yığması yeni rekorda imza atıb.

Qeyd edək ki, İtaliya millisi sonuncu dəfə "Avro-2008"in seçmə mərhələsində Fransaya 1:3 hesabı ilə məğlub olub. 

 





12.10.2015    çap et  çap et