525.Az

Azərbaycanda ağır qəza: 6 yaralı (FOTO)


 

Azərbaycanda ağır qəza: 6 yaralı<b style="color:red"> (FOTO)</b>

Şirvan şəhərində baş verən avtomobil qəzasında 6 nəfər xəsarət alıb.
 
Şirvan polis şöbəsindən APA-ya verilən məlumata görə, ötən axşam saat 20:00 radələrində Şirvan şəhərinin Heydər Əliyev prospektində Hacıqabul rayon sakini, 1982-ci il təvəllüdlü Məmmədov Əsgər Əli oğlunun idarə etdiyi VAZ 2106 markalı 90 ES 938 dövlət nömrəli nişanlı avtomabillə Şirvan sakini, 1978-ci il təvəllüdlü Əhmədov Samit Ağasəmid oğlunun idarə etdiyi QAZ 3129 markalı 44 BG 085 dövlət nömrəli nişanlı avtomabil toqquşub.

Nəticədə VAZ 2106 markalı avtomabilin sürücüsü, Məmmədov Əsgər Əli oğlu və sərnişinlər- Şirvan sakini, 1985-ci il təvəllüdlü Məmmədova Sevda İsmayıl qızı, Hacıqabul sakini, 1968-ci il təvəllüdlü Məmmədova Sevinc Həsənağa qızı, Bakı sakini, 1986-cı il təvəllüdlü Aslanov Samir Adil oğlu, Bakı sakini, 1971-ci il təvəllüdlü Baxşıyeva Gülnaz Seyfəddin qızı və Hacıqabul sakini, 2007-ci il təvəllüdlü Məmmədov İsmayıl Əsgər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan mərkəzi şəhər xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Şirvan polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

 





07.01.2013    çap et  çap et