525.Az

Berluskoni “Milan”ın taktiki sxemini dəyişdi


 

Berluskoni “Milan”ın taktiki sxemini dəyişdi<b style="color:red"></b>

“Milan”ın baş məşqçisi Sinişa Mixayloviç komandasının oyun sxeminı dəyişmək qərarı verib.

Qol.Az-ın “Corriere dello Sport”a istinadən yaydığı xəbərə görə,  ötən həftəsonu serbiyalı mütəxəssisin klubun prezidenti Silvio Berluskoni ilə görüşü keçirilib.

Görüşdə “Milan”ın sahibi Mixayloviçdən komandanın əvvəli oyun sxemini (4-4-2) bərpa etməyi xahiş edib.

Berluskoninin fikrincə, bu mövsümün 7 turunda istifadə olunan 4-3-1-2 sxemi özünü doğrultmayıb.

Ehtimal olunur ki, oktyabrın 17-də “Torino” ilə matçda “Milan” klassik düzülüşdə oynayacaq.

 





12.10.2015    çap et  çap et