525.Az

Şux görünür, qoca deyil!


 

Şux görünür, qoca deyil!<b style="color:red"></b>

Sevir Odlar diyarını - sevir onu Azərbaycan!
Zəhmətinin inciləri - gözəl şeir, nəğmə, dastan.
Zəkasıyla qazanıbdır halal şöhrət, yüksək ad - san,
Xalqa sadiq, haqqa aşiq, böyük şair Fikrət Qoca!

Təbriz, İzmir çox eşidib söhbətini, sədasını,
Çin, Vyetnam - haraylayıb, gəzib Kuba adasını;
Planetin beş qitəsi dadıb ruhi qidasını,
Arzulayır sülh, barışıq böyük şair Fikrət Qoca!

Zaman sonsuz karvanını sürüb gedir yavaş- yavaş,
Təbrikiylə bölgələri qabaqlayıb doğma Ağdaş...
Sağ ol, ölməz bəstəkarla nəinki dost, həm də adaş -
Məclislərə yar-yaraşıq, böyük şair Fikrət Qoca!

Bu sözləri kürsülərdən dönə-dönə hamı deyir:
Xeyirxahlıq carçısının yolu, səmti haça deyil!
Səksəndə də əvvəlkitək şux görünür, qoca deyil,
Daim müdrik, bəzən uşaq, böyük şair Fikrət Qoca!

Oxucular təzə çiçək, gül gətirib qucaq-qucaq,
Gəlin ustad yubilyarı bağrımıza basıb qucaq!
Poeziya məşəlini Şuşada da yandıracaq,
Misraları - yaşıl işıq, böyük şair Fikrət Qoca!

25.08.2015

 





12.10.2015    çap et  çap et