525.Az

Qazaxda əsgər əsgəri güllələyib


 

Qazaxda əsgər əsgəri güllələyib<b style="color:red"></b>

Azərbaycan Ordusunun əsgəri ehtiyatsızlıqdan hərbçi yoldaşını güllələyib.

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Qazax rayonunda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Xaçmaz rayonundan hərbi xidmətə çağırılan, 1993-cü il təvəllüdlü Ruslan Mirzə oğlu Şahbazovun tabeliyindəki avtomatdan ehtiyatsızlıqdan atəş açılıb.
 
Güllə onun əsgər yoldaşı, Yevlax rayonundan hərbi xidmətə çağırılan, 1994-cü il təvəllüdlü Vahid Telman oğlu Ağabalazadə dəyib. Başından yaralanan əsgər hospitala yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya açıqlamasında faktı təsdiqləyib.

 





07.01.2013    çap et  çap et