525.Az

"Mujniyeksin dostu olmaq jurnalisti cinayət məsuliyyətindən azad etmir"


 

"Mujniyeksin dostu olmaq jurnalisti cinayət məsuliyyətindən azad etmir"<b style="color:red"></b>

Avropa Şurasının fikir azadlığı ilə bağlı konfransında mövzu nəzəri baxımından düzgün olsa da, nümunələr düzgün deyil.
 
Gün.Az xəbər verir ki, bunu Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Avropa Şurasının təşkil etdiyi fikir azadlığı ilə bağlı konfransda çıxış edərkən deyib.

O, qeyd edib ki, konfransda Azərbaycanla bağlı nümunələr düzgün göstərilmir: "Nils Mujniyeks deyir ki, onun dostları Azərbaycanda həbsdədirlər. Amma onun dostu olmaq jurnalisti cinayət məsuliyyətindən azad edirmi?"

M.Ələsgərli qeyd edib ki, dəfələrlə Avropa Şurasının insan haqları üzrə komissarı N.Mujniyeksə təklif edilib ki, Azərbaycana gələndə 3-4 nəfər dostu ilə deyil, geniş diapazonla görüşsün. Lakin o bunu etmir. Digər tənqid edənlər isə ümumiyyətlə Azərbaycanda olmayıblar. Bizim də etirazımız məhz bununla bağlıdır", M.Ələsgərli deyib.

 





14.10.2015    çap et  çap et