525.Az

Mourinyo cəzalandırıldı


 

Mourinyo cəzalandırıldı<b style="color:red"></b>

İngiltərə Futbol Federasiyası “Çelsi”nin baş məşqçi Joze Mourinyonu cəzalandırıb.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna səbəb portuqaliyalı mütəxəssisin son turda “Souzhempton”la oyundan sonra hakimləri təhqir etməsi olub.

O, 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra hakimləri qorxaq adlandırıb:

“Hakimlər “Çelsi”nin leyhinə qərar verməkdən qorxur. Federasiya istədiyi vaxt məni cəzalandırır, amma digər məşqçilərə qarşı bunu etmirlər”.

Bu açıqlamarına görə, Mourinyonu bir oyunluq cəzalanıb, 50 min funtsterlinq cərimə olunub.

 





15.10.2015    çap et  çap et