525.Az

İTV-də yeni təyinat


 

İTV-də yeni təyinat<b style="color:red"></b>

Elgün İbrahimov İctimai Televiziyanın Direktorlar Şurasına üzv seçilib.

525.az Lent.az-a istinadən xəbər verir ki, E.İbrahimov İctimai Televiziya və Radio Yayımları Şirkətinin İnformasiya Departamentinin direktorudur. O, beynəlxalq münasibətlər üzrə bakalavr, amerikaşünaslıq üzrə magistr dərəcəsinə malikdir.

İctimai Televiziya və Radio Yayımları Şirkətindən əvvəl bir neçə media qurumunda, eləcə də Lider TV-də işləyib.

Qeyd edək ki, İTV-də direktorlar şurasının tərkibini telekanalın baş direktorunun təqdimatı ilə yayım şurası müəyyən edir.

 





15.10.2015    çap et  çap et