525.Az

İçməli su fasilələrlə veriləcək


 

İçməli su fasilələrlə veriləcək<b style="color:red"></b> Sabah Bakının bəzi ərazilərinə içməli suyun verilməsində fasilələr müşahidə olunacaq.

"Azərsu" ASC-nin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə "Maştağa" su anbarında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədar yanvarın 8-də paytaxtın Sabunçu, Suraxanı və Xəzər rayonlarına, eləcə də Abşeron rayonunun bir hissəsinə içməli su gün ərzində fasilələrlə veriləcək.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.
 





07.01.2013    çap et  çap et