525.Az

“Anamın Kitabı” müsabiqəsinin qalibləri bəlli oldu


 

“Anamın Kitabı” müsabiqəsinin qalibləri bəlli oldu<b style="color:red"></b>

Azərbaycanda milli ədəbiyyatın inkişafına dəstək məqsədi ilə Hədəf Nəşrlərinin təsis etdiyi “Anamın Kitabı” pyes müsabiqəsinin qalibləri bəlli olub.

Qurumdan 525.az-a verilən məlumata görə, layihənin ideya müəllifi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq bildirib ki, müsabiqənin münsiflər heyətinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli builki pyes müsabiqəmizin nəticələrini təsdiqləyib. Münsiflər heyətinin yekun qərarına əsasən bu il birincilik heç bir müəllifə verilməyib. Bunun səbəbi əsərlərin bədii çəkisinin zəif olması, müsabiqə iştirakçılarının təqdim etdiyi əsərlərin yazılmasında tələskənlik hiss olunması, habelə, janrın tələblərindən kənaraçıxmaların çox olmasıdır.

Qeyd edək ki, bu il müsabiqənin Təşkilat Komitəsinin qərarına əsasən əsərlərin mətni üçün işarə sayı məhdudiyyəti ləğv edilib.

Müsabiqə iştirakçılarının yekun ballarını və qaliblərin siyahısını 525.az-ın oxucularına təqdim edirik.

Müsabiqənin Mükafatı ilə təltif edilir:

I yer – verilməyib
II yer – 25 bal, Elnur Rzayev, “Qar gözlərkən”
III yer – 21 bal, Ülviyyə Mustafayeva, “Erməni lavaşı”
IV yer – 20 bal, Zaur Vedili, “Yurd itkisi”

Müsabiqənin Fəxri Fərmanı ilə təltif edilir:

1. Xəyalə Murad, 18 bal, “Qızıl heraldika” əsərinə görə
2. Dilman Şahmərdanlı, 17 bal, “Qarabağ savaşçısı – topçu İskəndər” əsərinə görə

Müsabiqənin Həvəsləndirici Mükafatı ilə təltif edilir:

1. Vüsal Məmmədzadə, 16 bal, “Oksigen balonu” əsərinə görə
2. Orxan İsmayıl, 14 bal, “Sevimli arvad” əsərinə görə
3. Nərgiz İsmayılova, 10 bal, “Mömünə Xatın” əsərinə görə

Mükafatlandırma mərasiminin tarixi ilə bağlı mətbuata öncədən məlumat veriləcək.

 





16.10.2015    çap et  çap et