525.Az

Boksçumuz dünya çempionu oldu


 

Boksçumuz dünya çempionu oldu<b style="color:red"></b>

Qətərin paytaxtı Dohada təşkil olunan boks üzrə dünya çempionatı davam edir.

Qol.Az-ın məlumatına görə, Azərbaycan yığmasının iki üzvü bu gün qızıl medal uğrunda döyüşüb.

52 kq çəkidə mübarizə aparan Elvin Məmişzadə həlledici görüşdə Kuba təmsilçisi Yosbani Veytia ilə qarşılaşıb. Rəqibinə 3:0 hesablı qalib gələn boksçumuz dünya çempionu adını qazanıb.

Digər təmsilçimiz 60 kq çəki dərəcəsində çıxış edən  Albert Səlimov isə Lazaro Alvaresə uduzaraq gümüş medal qazanıb.

 





16.10.2015    çap et  çap et