525.Az

Ronaldo ilə Beyl arasında problem var?


 

Ronaldo ilə Beyl arasında problem var? <b style="color:red"></b>

"Real"ın baş məşqçisi Rafael Benites futbolçuları Kriştiano Ronaldo ilə Qaret Beyl arasında soyuq münasibət olması haqda yayılan xəbərləri təkzib edib.

Qol.Az-ın "Football Espana"ya istinadən verdiyi məlumata görə, ispaniyalı mütəxəssis futbolçular arasında heç bir problemin olmadığını bildirib:

"Məşqçilər gərək futbolçuların menecerlərinin nə dediklərini deyil, oyunçuların özlərini izləsin. Hər zaman futbolçularla danışıram. Əgər problem olsa, onu həll edərik. Ronaldo ilə Beyl arasında da heç bir problem yoxdur. "Real" barəsində hər şey şişirdilir. Bu isə qısqanclıq və komandaya zərər vurmaq istəyindən irəli gəlir".

 





16.10.2015    çap et  çap et