525.Az

2017-ci ilin final oyunları hansı şəhərlərdə keçiriləcək?


 

2017-ci ilin final oyunları hansı şəhərlərdə keçiriləcək?<b style="color:red"></b>

2016/2017 mövsümündə Çempionlar Liqası və Avropa Liqasının final oyunlarının hansı şəhərlərdə keçiriləcəyi məlum olub.

Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qitənin ən mötəbər klub turnirinin finalı Uelsin paytaxtında, "Millenium" stadionunda keçiriləcək.
 
Kardiffdə yerləşən "Millenium" stadionu 74,500 tamaşaçı tutumuna malikdir. Avropa Liqasının final matçının isə İsveçin paytaxtı Stokholmda, 50 min tamaşaçı tutumuna malik "Frends Arena"da keçirilməsinə qərar verilib.

2016/2017 mövsümünün ən güclü iki klubunu üz-üzə gətirəcək Avropa superkubok görüşünü izləmək istəyənlər Makedoniyanın paytaxtı Skopyeyə getməli olacaq. Matçın keçiriləcəyi "II Filip" arenasının tamaşaçı tutumu 36,400 nəfərdir.

 





16.10.2015    çap et  çap et