525.Az

Qriqorçuk Ukrayna millisini çalışdıra bilər


 

Qriqorçuk Ukrayna millisini çalışdıra bilər<b style="color:red"></b>

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Ukrayna millisini çalışdıra bilər.

Qol.Az-ın  məlumatına görə, bu barədə Ukrayna mətbuatı xəbər yayıb.

Bildirilir ki, millinin hazırkı çalışdırıcısı Mixail Fomenko istefaya göndəriləcək. “Pley-off”a çıxan Ukrayna yığması “Avro-2016”nın final mərhələsinə vəsiqə qazana bilməsə, Fomenko ilə yollar ayrılacaq.

Hətta Ukrayna yığması Avropa çempionatına vəsiqə qazanacağı halda da Fomenko yığmada qalmayacaq. O, Avropa çempionatı   başa çatandan sonra millidən gedəcək.

Fomenkonun bir nömrəli əvəzləyicisi isə “Qəbələ”nin ukraynalı baş məşqçisi Roman Qriqorçukdur.

Yerli mətbuat Qriqorçukun federasiya rəhbərliyi ilə danışıqlar üçün dekabrda Ukraynaya gedəcəyini də yazıb. O da qeyd olunub ki, Qriqorçukla razılıq əldə olunmasa, Andrey Şevçenko ilə danışıqlar aparılacaq.

Qeyd edək ki, Roman Qriqorçuk Ukraynada "Çernomorets"dəki uğurlu nəticələri ilə tanınır. O, bu komandanı Avropa Liqasının 1/16 finalına yüksəltməyi bacarıb.

Ötən il ölkəmizə gələn Qriqorçuk “Qəbələ”də də uğurlu fəaliyyəti ilə yadda qalır. Ölkə çempionatında bürünc medalı qazanan “Qəbələ” tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəlib.

 





16.10.2015    çap et  çap et