525.Az

Umud Rəhimoğlu Vyanadadır


 

Umud Rəhimoğlu Vyanadadır<b style="color:red"></b>

Sabah Vyanada Beynəlxalq Mətbuat İnstitutunun idarə heyətinin iclası öz işinə başlayır.

Beynəlxalq Avrasiya Mətbuat Fondundan 525.az-a verilən məlumata görə, bununla əlaqədar Fond sədri Umud Mirzəyev bu gün Vyanaya yola düşüb.

İdarə heyəti görüşündə dünya mediası ilə bağlı bir sıra vacib məsələlər müzakirə olunacaq və bəzi hadisələrə aydınlıq gətiriləcək. BMİ-nin missiyası, məqsədləri, uzun müddətli strategiyasına yenidən baxılacaq, Təşkilatın yeni əlaqələri və əməkdaşlığı müzakirə olunacaq. Həmçinin 2016-cı ildə keçirilməsi nəzərdə tutulan BMİ-nin Dünya Konqresinə hazırlıqlar barədə idarə heyəti üzvləri fikirlərini səsləndirəcəklər. Ən vacib məsələlərdən biri kimi təşkilata üzv olmağın yeni qaydaları təqdiqlənəcək, nizamnaməsinə yenidən baxılacaq.

Qeyd edək ki, BAMF-ın sədri Umud Mirzəyev BMİ-nin idarə heyətinin üzvü olmaqla yanaşı, bu təşkilatın Bakı Regional Təşəbbüs Mərkəzinin rəhbəridir.

 





16.10.2015    çap et  çap et