525.Az

“Elektron hökumət” bülleteninin ilk sayı işıq üzü görüb


 

“Elektron hökumət” bülleteninin ilk sayı işıq üzü görüb<b style="color:red"></b> Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi  tərəfindən hazırlanmış  “Elektron hökumət” bülleteninin ilk sayı işıq üzü görüb.
 
525.az-ın RİTN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bülleten ölkəmizdə elektron hökumətin formalaşması istiqamətində görülən və nəzərdə tutulan işləri, elektron hökumət  layihələri  haqqında  məlumatları, o cümlədən elektron xidmətlərin sayını, onlardan istifadə və s. müqayisəli  statistikanı təqdim etməyi, ictimaiyyəti məlumatlandırmağı  nəzərdə tutur. Bundan başqa yeni təqdim olunacaq elektron xidmətlərin şərh olunması, müxtəlif dövlət orqanlarının informasiya sistemlərinin analizi və təqdimatlarının işıqlandırılması planlaşdırılıb.
 
Bülletendə həmçinin “Elektron hökumət” portalında yerləşdirilmiş e-xidmətlərin, ən çox istifadə olunan xidmətlərin, elektron xidmətlərdən istifadə barədə verilən elektron imza  sertifikatlarının  sayı haqqında statistik məlumatlar verilib. Dekabr ayı ərzində elektron hökumət portalı vasitəsilə 1800-dən artıq elektron xidmətdən 8000 dəfə istifadə olunub.
 
Hazırda mobil e-imza xidmətlərinin yaradılması üzərində işlər davam etdirilir və bülletendə mobil e-imza xidmətlərinin 2013-cü ilin birinci rübündə istifadəyə veriləcəyi barədə məlumat verilib.
 





07.01.2013    çap et  çap et