525.Az

FİFA 2006-cı ildə DÇ-nin pulla alınması ilə bağlı Almaniyaya qarşı ittihamı araşdıracaq


 

FİFA 2006-cı ildə DÇ-nin pulla alınması ilə bağlı Almaniyaya qarşı ittihamı araşdıracaq<b style="color:red"></b> FİFA Almaniyanın 2006-ci ildə dünya çempionatını qəbul etmək hüququnu pulla aldığına dair ittihamları araşdıracaq.
 
APA-nın məlumatına görə, məşhur “Spiegel” jurnalı iddia edir ki, 2000-ci ildə “Adidas” şirkətinə rəhbərlik edən Rober Lui-Dreyfus “Almaniya-2006” təşkilat komitəsinin hesabına 10,3 milyon İsveçrə frankı keçirib. Lakin adıçəkilən məbləğ heç bir hesabatlarda əks olunmayıb.
 
Nəşrin yazdığına görə, həmin vəsait FİFA İcraiyyə Komitəsində Asiyanın 4 futbol federasiyasının səsini təmin etmək üçün xərclənib. 2000-ci ildə Asiya nümayəndələri avropalılarla birgə futbol üzrə Dünya Çempionatının Almaniyada keçirilməsinin lehinə səs veriblər.
 





17.10.2015    çap et  çap et